"Bloomberg": Putinin 12 ay vaxtı var, hakimiyyətdən gedəcək

Dünya

06.03.2022 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Marko Papiç: “Putin Ukrayna barədə səhv qərar verdi, cəzası hakimiyyətini itirməsi olacaq”

“Rusiya Prezidenti Vladimir Putin Ukraynanı ələ keçirmək istəyərkən Rusiyanın məhdud imkanlarını nəzərə almayıb. Belə böyük səhv ehtimal ki,  ona hakimiyyəti bahasına başa gələcək”. AYNA xəbər verir ki, bu sözləri “Bloomberg”ə “Clocktower Group”un baş strateqi Marko Papiç deyib.

Papiçin sözlərinə görə, Rusiya Prezidenti işğal qərarı qəbul edərkən öz ordusunun vəziyyətini və bütövlükdə ölkəsinin iqtisadi məhdudiyyətlərlə üzləşəcəyinə məhəl qoymayıb: “Hazırkı vəziyyətə Ukraynanın güclü müqavimət göstərməsi də təsir edir. Bu amillər Putinin Rusiya lideri kimi çökməsinə səbəb ola bilər”.

“Əvvəla, ukraynalılar çox ciddi döyüşür, müqavimət göstərirlər. İkincisi, Rusiya ordusunun real müharibələr aparmaq təcrübəsi yoxdur. Üçüncüsü, Ukrayna işğal edilmək üçün çox çətin yerdir. Həqiqətən də, hesab edirəm ki, Ukraynada baş verənlər son dərəcə dəhşətlidir, amma eyni zamanda, ukraynalılar arxayındırlar. Biz çoxdan görmədiyimiz bir şeyi görürük - yeni milli kimliyin doğulduğunu. Fakt budur ki, indi Ukraynada gördüklərimiz həqiqətən özünü dərk edən bir xalqın doğulmasıdır”, - deyə analitik bildirib.

“Düşünürəm ki, bu işğal cəhdinə qarşı ukraynalılar sonadək mübarizə aparsalar və müstəqilliklərini saxlasalar, bu, Ukrayna üçün növbəti onillikdə çox maraqlı investisiya fürsəti ola bilər. Ukrayna böyük ölkədir, Avropada yerləşir və bu ölkənin böyük potensialı var”, - ekspert əlavə edib.

Papiç onu da qeyud edib ki, Putinin 12 ay vaxtı var: “Çünki siyasətçilər son dərəcə pis qərarlar qəbul edəndə və seçimlərində reallıqlara məhəl qoymayanda cəzalandırılırlar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş