Blinken və Lavrov bir araya gəldi: nəticə gözlənilməyən görüş

Dünya

21.01.2022 - 17:27

ABŞ dövlət katibi ilə Rusiya XİN başçısı Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə görüşüblər. AYNA xarici mediaya istinadən bildirir ki, görüşdə Ukrayna ətrafında yaranmış gərginlik, rəsmi Moskvanın təhlükəsizlik zəmanətlərinə dair təqdim etdiyi təkliflərlə bağlı gələcək addımlar müzakirə edilib.

Görüşdən əvvəl mətbuata açıqlama verən Blinken deyib ki, bu görüşdə tərəflər arasındakı fərqli yanaşmaların aradan qaldırılacağı gözlənilmir: "Lakin ABŞ diplomatiya və dialoqa sadiq qalır və Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzünün qarşısı alınmalıdır".

Lavrov da görüşdən əvvəl Qərblə münasibətlərin yaxşılaşacağına dair ümidlərin doğrulmayacağına işarə edərək söyləyib ki, görüşdən əsaslı nəticə gözlənilmir.

Müəllif: Ayna.az