Birinci xanımdan Bilik Günü ilə bağlı paylaşım

Xəbərlər

15.09.2020 - 13:04

Mehriban Əliyeva məktəbliləri və tələbələri təbrik edib

 

Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bilik Günü ilə bağlı məktəbliləri və tələbələri təbrik edib.

 

AYNA xəbər verir ki, o, fikirlərini rəsmi “Instagram” hesabında paylaşıb: “Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!”

Müəllif: Ayna.az