Bir nəfər kanalda batıb

Xəbərlər

29.01.2023 - 13:39

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az