Bir neçə rayonda oğurluq edən dəstə üzvləri tutulub

Xəbərlər

25.04.2022 - 11:34

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxslərin mağazadan da oğurluq etdikləri müəyyən olunub

Ağsunun Hacısəmədli və Muradlı kəndlərində yerləşən iki mağazanın sahibləri rayon Polis Şöbəsinə onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən ümumi dəyəri 3000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsullarının oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən dəstə üzvləri, əvvəllər də məhkum olunmuşlar - Ağsu rayon sakini Sərxan Hüseynov, Şəki şəhər sakinləri Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev, eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar. Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən olunub.

Faktlarla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər törətdikləri istisna olunmur. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş