Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 844 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 976, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 24 809 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 439 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 178 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 688 646, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 572 050 təşkil edir.