Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq
“Qaz İxrac” İdarəsinə məxsus “Yeni Binə” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, Binə və Qala qəsəbələrinin qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən AYNA-ya bildirilib ki, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatanadək “Qusar” QPS-dən qaz təchizatı dayandırılıb. Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.