Biləsuvarda baş verən qəzada piyada ölüb

Hadisə

15.08.2023 - 23:56

Həkimlər Klinikalar SEO Xidməti

Qəzada ağır xəsarət alan piyada hadisə yerində ölüb

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

Biləsuvar rayonun Çaylı kənd sakini, Ziyafəddin Fikrəd oğlu Fətullayevin idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Səlimə Mirmahmud qızı Sultanovanı vurub.

Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş