Biləsuvarda avtomobil kanala aşıb, xəsarət alanlar var

Hadisə

19.01.2025 - 23:26

Həkimlər Klinikalar SEO Xidməti

"Mercedes" markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb. AYNA-nın APA-ya istinadən xəbərə görə, hadisə Biləsuvar rayonun giriş hissəsində, yolayrıcında baş verib.

Bakı şəhər sakini İslam Vidadi oğlu Hüseynov "Mercedes-190" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Nigar İxtiyar qızı Hüseynova və Məmmədhəsən Əhmədağa oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az