Biləsuvarda ağır yol qəzası olub

Hadisə

20.10.2026 - 11:26

Ölən və yaralanan var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. AYNA.AZ xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü xəsarət alıb.

O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş