Biləsuvarda 35 yaşlı kişi bıçaqlanıb

Hadisə

16.02.2024 - 00:53

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü N.Şahbazov bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

N.Şahbazovun sözlərinə görə o, tanıdığı şəxs tərəfindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az