Görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, mayın 1-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.