Görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 6-da dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.