Qaz sızmasının ləğvi ilə bağlı sabah təmir işlərinin görülməsi planlaşdırılır
Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz Kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi, iki ədəd futlyarın quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı sabah təmir işlərinin görülməsi planlaşdırılır.
Təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazisində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.