Beynəlxalq səyyahlar Xankəndidə olublar

Xəbərlər

24.04.2025 - 19:16

Həkimlər Klinikalar SEO Xidməti

Ekskursiya zamanı səyyahlara Xankəndinin tarixi və turizm potensialı barədə də ətraflı məlumat verilib

Dünyanın 30 ölkəsinin səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər, Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

AYNA.AZ xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, beynəlxalq səyahətçilər Füzuli və Şuşa şəhərini ziyarət etdikdən sonra Xankəndinə səfər ediblər. Qarabağ Universiteti ilə tanışlıqdan sonra Xankəndi şəhərində aparılan böyük tikinti quruculuq işləri ilə yaxından maraqlanıblar. Burda beynəlxalq səyyahlara məlumat verilib ki, hazırda Xankəndi şəhəri Konqres mərkəzi və Zəfər parkı tikilir. Mədəniyyət, Biznes mərkəzi, Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə Xüsusi nümayəndəliyinin inzibati binası, Zəfər muzeyi və şəhər stadionunda əsaslı təmir bərpa və yenidənqurma işləri həyata keçirilir. Ekskursiya zamanı səyyahlara Xankəndinin tarixi və turizm potensialı barədə də ətraflı məlumat verilib.

Xatırladaq ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları öz gözləri ilə görəcəklər. Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyahları Qarabağda öz təəssüratlarını da bölüşüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş