Hadisə nəticəsində 3 nəfər ölüb
Dünən saat 16 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Naziliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qəza nəticəsində sərnişinlər Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.