Bir nəfər xəsarət alıb
Beyləqan rayonunun Bahar qəsəbəsində ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.