Bərdədə mağaza və köşkdən oğurluq olub

Xəbərlər

12.08.2023 - 17:54

cedabet dərman SEO Xidməti

Oğurluqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb

Bərdə rayonu ərazisindəki 1 mağaza və 1 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir.

Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 1 mağaza və 1 köşkdən ümumilikdə 2000 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Onlardan birinin iyulun 30-da rayon ərazisindəki mağazaların birindən 95 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş