Bərdədə 32 yaşlı kişi güllələnib

Xəbərlər

23.01.2022 - 03:42

Həkimlər Klinikalar SEO Xidməti

Yaralının vəziyyətinin ağır olduğu bildirilir

Bərdədə güllələnmə hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə,  yaralının vəziyyəti ağırdır.

Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş