Bərdə, Tərtər və Ağdamda fitosanitar monitorinqlər aparılıb

Xəbərlər

19.12.2022 - 13:37

cedabet dərman SEO Xidməti

36 hektar park və yaşıllıq ərazisində monitorinqlər həyata keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Agentliyın Bərdə regional bölməsinin müfəttişləri tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə Bərdə, Tərtər və Ağdam rayonlarına aid 36 hektar park və yaşıllıq ərazisində monitorinqlər həyata keçirilib.

AQTA-dan AYNA-ya verilən məlumata görə, monitorinqlər nəticəsində 3 hektar sahədə karantin tətbiq edilən zərərvericilər olan Yaponiya yalançı qalxanlı mumlu yastıcası və komstok yastıcası ilə zəif sirayətlənmə aşkarlanıb.

Karantin obyektləri ilə sirayətlənmə zəif olduğu üçün kimyəvi mübarizənin aparılması məqsədəuyğun hesab edilməyib, digər zəruri tədbirlər həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş