Baş Prokurorluq məlumat yayıb
Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2-ci (təkrar mənimsəmə), 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.