OTRK buraxılış qurğularının Ukrayna ilə sərhəd istiqamətində hərəkəti qeydə alınıb
Belarusun Qomel vilayətində “İsgəndər-M” OTRK buraxılış qurğularının Ukrayna ilə sərhəd istiqamətində hərəkəti qeydə alınıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günü davam edir. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib", - deyə qeyd olunub.
Qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, “İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb.