Belarus helikopterləri Polşanın hava sərhədini pozdu: varşavadan sərt etiraz

Dünya

02.08.2023 - 15:55

cedabet dərman SEO Xidməti

Belarusun müvəqqəti işlər vəkilini Polşa Xarici İşlər Nazirliyinə çağrılıb

Belarus Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin sərhədi pozaraq Polşanın hava məkanına daxil olmasına görə varşava Minskə sərt etirazını bildirib. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski söyləyib.

Nazir müavini əlavə edib ki, Varşava Belarus hərbçilərinin hərəkətlərini təxribat kimi qiymətləndirir.

Polşa həmçinin Belarusun müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Bundan əvvəl Polşa Müdafiə Nazirliyi bəyan etmişdi ki, Belarus hakimiyyəti “NATO-nun şərq cinahı”na qarşı qəsdən təxribat törədib. Eyni zamanda, Belarus Müdafiə Nazirliyi ittihamları rədd edib.

Polşa Xarici İşlər Nazirliyi avqustun 1-i axşam saatlarında iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş