Belarus - Azərbaycan oyunu neytral meydançada keçiriləcək

İdman

03.03.2022 - 18:02

Həkimlər Klinikalar SEO Xidməti

Həmin görüşə azarkeş buraxılmayacaq

Azərbaycan millisinin Belarusla səfər oyunu neytral meydanda keçiriləcək. AYNA Apasport.az-a istinadən xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Millətlər Liqasının qrup mərhələsində Belarus – Azərbaycan qarşılaşması neytral ölkədə oynanılacaq. Üstəlik, həmin görüşə azarkeş buraxılmayacaq.

Bu qərar Belarusun təkcə millimizə qarşı deyil, bütün ev oyunlarına şamil edilib. Qərar dərhal qüvvəyə minib. Zərurət yaranarsa, vəziyyəti yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbəti növbədənkənar iclaslar keçiriləcək.

Qeyd edək ki, Belarus – Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində iyunun 6-da oynanılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş