Bayram günlərində işləyəcək bankların SİYAHISI

Xəbərlər

14.06.2024 - 18:12

Həkimlər Klinikalar SEO Xidməti

Bayram günlərində fəaliyyət göstərəcək bank, poçt və valyutadəyişmə məntəqələri açıqlanıb

Bayram günlərində Azərbaycanda fəaliyyət göstərəcək bank, poçt və valyutadəyişmə məntəqələri açıqlanıb.

Mərkəzi Bankdan AYNA-ya bildirilib ki, 15-19 iyun tarixlərində, qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.

"Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək", - AMB-dən bildirilib.

Bayram günlərində fəaliyyət göstərəcək bank filialları, poçt və valyuta mübadilə məntəqələri ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

Banklar

"Azәrpoçt" MMC

Valyuta mübadilə məntəqələri

Müəllif: Ayna.az