ABŞ və Çin arasındakı rəqabətə məsuliyyətlə yanaşılması müzakirə ediləcək
ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin noyabrın 15-də videokonfrans keçirəcək.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib:
“Bazar ertəsi, noyabrın 15-də axşam Prezident Co Bayden və Çin Prezidenti Si Cinpin virtual görüş keçirəcəklər. Sentyabrın 9-dakı telefon danışığının davamı olan görüşdə iki ölkə lideri ABŞ və Çin arasındakı rəqabətə necə məsuliyyətlə yanaşmağı müzakirə edəcəklər. ÇXR ilə, həmçinin maraqlarımızın üst-üstə düşdüyü sahələrdə birgə iş yolları müəyyənləşdiriləcək”.