ABŞ Prezidenti Polşaya səfər edib
ABŞ Prezidenti Co Bayden bir daha rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden bu barədə Polşa-Ukrayna sərhədinə səfəri zamanı danışıb.
Baydenin sözlərinə görə, onun şəxsi fikri formal hüquqi qiymətləndirmədən fərqlənməyəcək.
Xatırladaq ki, Co Bayden bir müddət əvvəl də rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar" adlandırmışdı.