Bayden: “Ukraynaya dəstəyi dayandırmaq dəlilik olardı”

Dünya

06.12.2023 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

“Amerikalı siyasətçilər Kiyevə yardımla bağlı razılığa gəlməsələr, ABŞ-ın maraqlarına zidd gedəcəklər”

“Ukraynaya yeni yardım paketi ilə bağlı razılaşmadan imtina etmək Vaşinqton üçün mütləq dəlilik olardı”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

ABŞ liderinin sözlərinə görə, amerikalı siyasətçilər Kiyevə yardımla bağlı razılığa gəlməsələr, ABŞ-ın maraqlarına zidd gedəcəklər: "Ukraynaya dəstək verməmək tamamilə dəlilikdir”.

Qeyd edək ki, bundan əvvəl respublikaçı senatorlar Bayden administrasiyasının Ukrayna və İsrailə yardım tələbi ilə bağlı iclası tərk ediblər. Onlar həmçinin Kiyevə yardımın əleyhinə səs verməyə çağırıblar.

Xatırladaq ki, noyabrda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi demişdi ki, ABŞ Konqresi Ukraynaya dəstək vermədən yalnız İsrailə yardım haqqında qanun layihəsini qəbul edərsə, Bayden veto hüququndan istifadə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş