Bayden Rusiya ilə bağlı fövqəladə vəziyyəti uzadıb

Dünya

13.04.2022 - 21:14

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti fövqəladə vəziyyət rejimi ilə bağlı qərar verib

ABŞ Prezidenti Cozef Bayden Rusiya hakimiyyətinin “müəyyən zərərli hərəkətləri” ilə əlaqədar bir il əvvəl tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətinin daha 12 ay uzadıldığını açıqlayıb.

AYN “RİA Novosti”yə istinadən xəbər verir ki, rejim Rusiyaya qarşı sanksiyaların böyük bir hissəsi üçün hüquqi baza rolunu oynayır.

Xatırladaq ki, Bayden məsələ ilə bağlı danışarkən “Rusiya hökumətinin xaricdəki bəzi zərərli fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi, eləcə də fövqəladə təhlükə yaratmaqda davam edir” demişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş