Bayden: “Qəzzadakı münaqişəyə son qoymaq lazımdır”

Dünya

09.02.2024 - 11:10

“İsrailin HƏMAS-a qarşı hərbi kampaniyasını “həddindən artıq” adlandırmaq olar”

“İsrailin Qəzza zolağında islamçı HƏMAS qruplaşmasına qarşı hərbi kampaniyasını "həddindən artıq" adlandırmaq olar. Bu münaqişəyə son qoyulmalıdır”. AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Qəzza zolağında cavab hədsiz oldu... Bir çox günahsız insanlar aclıqdan ölür. Bir çox günahsız insan problem yaşayır. Buna son qoyulmalıdır”, - deyə ABŞ lideri vurğulayıb.

“Blomberg” qeyd edir ki, bu bəyanat Amerika liderinin İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini ən kəskin tənqidi olub. Xüsusilə, bu, Baş nazirin Rəfah şəhərinə quru qoşunlarının yeridilməsi planlarını açıqlaması fonunda səslənib.

Bayden həmçinin əlavə edib ki, Vaşinqton əsir və girovlar məsələsində HƏMAS-la kompromis əldə etmək üçün İsrailə təzyiq edir. Onun fikrincə, bu sövdələşmə yekun barışıq üçün açar ola bilər.

Müəllif: Ayna.az