Bayden Netanyahu ilə əsir mübadiləsi razılaşmasını müzakirə ediblər

Dünya

13.01.2025 - 16:40

Həkimlər Klinikalar SEO Xidməti

Suriya, Əsəd rejiminin devrilməsi və İranın bölgədəki gücünün zəifləməsini də müzakirə ediblər

ABŞ-ın hazırkı Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. Liderlər HƏMAS və İsrail arasında girov mübadiləsi razılaşmasını müzakirə ediblər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Bildirilib ki, iki lider Dohada 27 may 2024-cü il tarixli razılaşmalara əsaslanan atəşkəs və girovların azad edilməsi sazişi üzrə danışıqları müzakirə ediblər.

Bayden və Netanyahu Suriya, orada Əsəd rejiminin devrilməsi və İranın bölgədəki gücünün zəifləməsini də müzakirə ediblər.

Daha əvvəl bildirilib ki, Fələstinin HƏMAS qrupu İsraillə mümkün atəşkəs razılaşması çərçivəsində azad etməyə hazır olduqları 34 girovun siyahısını təsdiqləyib.

Müəllif: Ayna.az