Bayden İsveçrədə Ukrayna üzrə sülh konfransında iştirak edəcək

Dünya

10.04.2024 - 10:57

İsveçrə və Ukrayna hələ konfransda iştirak etməli olan tərəflərə dəvət göndərməyib

ABŞ Prezidenti Co Bayden İsveçrənin ev sahibliyi etmək niyyətində olduğu Ukrayna üzrə sülh konfransında iştirak etməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, bu cür hallarda rəsmi təsdiqlər adətən tədbirdən bir qədər əvvəl edilir.

Xüsusən də İsveçrə və Ukrayna hələ konfransda iştirak etməli olan tərəflərə dəvət göndərməyib.

Aprelin 8-də “Bloomberg” mənbələrə istinadən İsveçrədə Ukrayna üzrə ilk sülh sammitinin mümkün tarixini açıqlayıb. Tədbirin bu il iyunun 16-17-də baş tutacağı gözlənilir.

Müəllif: Ayna.az