Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Hadisə

22.08.2023 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik xilasetmə əməliyyatları barədə məlumat yayıb

Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Qızılqum" sularda xilasetmə məntəqəsinin ərazisində və “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş