Baş nazir qərar imzalayıb

Xəbərlər

24.01.2023 - 21:31

Tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2023-cü il martın 1-dək uzadılıb.

AYNA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, daha əvvəl bu müddət yanvarın 1-dək uzadılmışdı.

Müəllif: Ayna.az