Baş nazir: “Gürcüstanın Prezidenti xalqın qəzəbindən sağ çıxa bilməyəcək”

Dünya

16.08.2024 - 17:39

cedabet dərman SEO Xidməti

“Salome Zurabişvili daim etdiyi xəyanətə görə cavab verməlidir”

“Gürcüstan Prezidenti Salome Zurabişvili xalqın qəzəbindən qorxmalıdır. O, davamlı olaraq edilən xəyanətə görə cavab verməlidir”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Konstitusiyaya görə dövlət mükafatları verən Gürcüstan Prezidenti avqustun 15-də bildirib ki, olimpiyaçılara təcili təltif edilməməlidir, çünki Paralimpiya Oyunları hələ baş tutmayıb və olimpiyaçılarla paralimpiyaçıların uğurlarının ayrı-ayrılıqda qeyd olunması yolverilməzdir.

“Düşünürəm ki, Salome Zurabişvili xalqdan qorxmalıdır və sonda xalqın qəzəbindən sağ çıxa bilməyəcək. O, uzun müddət Prezident olmayacaq”, - Kobaxidze bildirib.

Gürcüstanın Baş naziri qeyd edib ki, Zurabişvili daim etdiyi xəyanətə görə cavab verməlidir. Onun sözlərinə görə, milli olimpiya komandasının üzvləri üçün hökumət tərəfindən təşkil edilən bayram qəbulu ictimai məkanda baş verə biləcək digər hadisələri də istisna etməyib.

Hökumət avqustun 15-də Tbilisi vaxtı ilə saat 20:00-da Tbilisidəki Dövlət Mərasimlər Sarayında (keçmiş Prezident Sarayı) olimpiyaçılar üçün ziyafət təşkil edib. Bu dəbdəbəli bina Mixail Saakaşvilinin prezidentliyi dövründə tikilib.

Gürcüstan idmançıları Paris Olimpiadasında üç qızıl, üç gümüş və bir bürünc medal qazanaraq komanda yarışında 24-cü yeri tutublar ki, bu da ölkə tarixində ən yaxşı nəticədir.

Baş nazirin sözlərinə görə, medal almayan, lakin ümumi uğura töhfə verən Gürcüstan olimpiya komandasının hər bir üzvü 50 min lari (təxminən 18,5 min dollar) mükafat alacaq. Məşqçilər, tibb işçiləri və digər komanda işçiləri də artırılmış bonuslar alacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş