Balakəndə reyd keçirilib - FOTO

Xəbərlər

18.04.2022 - 00:36

Həkimlər Klinikalar SEO Xidməti

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

Avtomobillərdən atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd təşkil olunub.

AYNA xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.

Yoxlamalar zamanı atmosferə normadan artıq tullantı ixrac edən avtomobillər aşkarlanıb və onların sürücüləri barəsində inzibati protokollar tərtib edilib.

Balakəndə reyd keçirilib - Balakəndə reyd keçirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş