Balakəndə ağacların kəsilməsinə görə cinayət işi açılıb

Xəbərlər

27.12.2022 - 12:13

cedabet dərman SEO Xidməti

12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə 15 min manatdan çox ziyan vurulub

Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının kəsilməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Qazma kənd sakini Kamal Xəlilovun kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini Musa Musayevin isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurmaları müəyyən olunub.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş