Bakının havasında dəm qazının miqdarı normanı ötüb

Xəbərlər

11.12.2023 - 18:57

Paytaxtın atmosfer havasında dəm qazının miqdarı normadan yuxarı olub

Bakıda atmosfer havasında dəm qazının miqdarı normadan yuxarı olub. AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Müəllif: Ayna.az