Bakının bu küçəsində yeni piyada səkisi salınıb

Xəbərlər

06.01.2022 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən döşəmələr yerləşdirilib

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.

Agentlikdən AYNA-ya bildirilib ki, yüksək piyada intensivliyi və tələbat nəzərə alınaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib.

Bu çərçivədə səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib, əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa olunub, hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş