Hərəkət sürəti 20 km/saat endirilib
Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AYNA-ya verilən xəbərə görə, hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şossesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şossesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.