Roma Papasının vəfatı ilə bağlı Bakıdakı Müqəddəs Məryəm kilsəsində başsağlığı kitabı açılıb
Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycanda Katolik Kilsəsindən bildirilib.
Qeyd olunub ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.