Bakıdakı 45 nömrəli məktəb distant tədrisə keçir

Xəbərlər

21.01.2022 - 17:09

Məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib

Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdiriləcək. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Müəllif: Ayna.az