Bakıda yataqxanada yanğın olub

Hadisə

22.01.2023 - 15:22

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində ümumi sahəsi 20 m² olan mətbəxdə 5 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik açarı və 2 ədəd plastikdən ibarət qapı əriyib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az