Bakıda və Şuşada bayram namazı qılınıb

Xəbərlər

16.06.2024 - 12:13

Həkimlər Klinikalar SEO Xidməti

Bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb

İyunun 16-da Bakıdakı Təzəpir, “Əjdərbəy” və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb. AYNA xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Ölkənin digər məscidlərində, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınıb.

Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb. Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.

Bakıda və Şuşada bayram namazı qılınıb
Müəllif: Ayna.az