Bakıda ümumşəhər iməciliyi keçiriləcək

Xəbərlər

20.06.2024 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə çağırış edib

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə şənbə günü, iyun ayının 22-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırıb.

Müəllif: Ayna.az