Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil
Azərbaycanda yaşadığı evdə meyiti tapılan şirkət sahibinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. AYNA-nın “Report”a istinadən məlumatına görə, mərhum 35 yaşlı Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış.
Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman V. Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.
Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib. Mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurubmuş.