"Xutor" tunelinə giriş hissədə yol-nəqliyyat hadisəsi baş verib
Bakıda qəza olub, yolda sıxlıq yaranıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Ziya Bünyadov prospekti, "Xutor" tunelinə giriş hissədə yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.