Binə sakinlərinin etirazından sonra çay evinin tikilməsinə icazə verilməyib
Bakıda qəsəbələrin birindəki qəbiristanlıqda çayxana tikmək istəyiblər. AYNA xəbər verir ki, bu barədə “Real” TV-yə Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri deyiblər.
Onlar qəbiristanlığın ərazisində çay evinin tikilməsinə etirazlarını bildiriblər.
Çayxananın tikintisinə icazə verdiyi deyilən Binə bələdiyyəsindən deyilib ki, həmin ərazidə çayxana tikilməsinə icazə verilməyib.
Ətraflı videomaterialda izləyə bilərsiniz: