Xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub
Bakıda qazıntı işlər aparan şəxs çuxura düşüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumatına görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda bir nəfərin qazıntı işləri aparılan ərazidə dərinliyi təqribən beş metr olan çuxura düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşın çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.