Bakıda qaz sayğaclarına kənar müdaxilələr aşkarlanıb

Xəbərlər

23.04.2023 - 15:54

cedabet dərman SEO Xidməti

“Azəriqaz” abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırır

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlərin qaz sayğacına edilən qanunsuz müdaxilələr aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, kənar müdaxiləyə məruz qalan Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

Qurum abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırır. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş